"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 24-cü turunda "Kremoneze"yə qarşı matçda (1:2) texniki zonadan qovulmasını şərh edib.
Sozcu.az "Calciomercato"ya istinadən xəbər verir ki, o deyib: "Mən emosionalam, amma dəli deyiləm. Nəsə oldu, yoxsa belə reaksiya verməzdim. Baxmalıyam ki, qaydalara uyğun nəsə edə biləcəyəmmi? Dördüncü hakim Serradan sonra Piççinini mənə qırmızı verdi. Sonuncunun əslində dediyini etiraf etmək üçün dürüstlüyü yoxdur. Onun turinli olduğunu və gələn bazar günü "Yuventus"la oynayacağımızı düşünmək istəmirəm. Mənimlə nalayiq danışdı. Görmək istəyirəm ki, onun mənə dediklərinin qeydi varmı? O, yersiz danışdı".
Qeyd edək ki, portuqaliyalı mütəxəssis ikinci hissənin startında matçın baş hakimi Marko Piççininin qərarından narazı qalıb və onu təhqir edib. Referi isə Mourinyoya birbaşa qırmızı vərəqə göstərərək, texniki zonadan qovub.