İsrail-Iran davasının sonda Azərbaycana və Türkiyəyə xələl gətirməməsi üçün hər iki ölkə digər müttəfiqləri ilə birlikdə vahid strateji mövqe nümayiş etdirməlidir. Əks halda məkrli əllər Azərbaycan üzərindən Türkiyəni də Iranla münaqişəyə cəlb etməyə çalışacaq.
Azərbaycanın haqqında ölkəmizin İsrailin az qala hərbi müttəfiqi olması barədə yayılan təxribat xarakterli saxta məlumatlar bu məqsədə xidmət edir. Yəni, İrana qarşı Türkiyənin iştirakı ilə ikinci cəbhə açmaq məqsədinə.
Bunun qarşısını almaq üçün də Ankara-Bakı-Tehran üçbucağında diplomatik aktivlik ən yüksək səviyyədə və daimi olmalıdır. Bu gün Azərbaycanın qarşısında iki mühüm vəzifə durur: 1. Heç bir halda İsrail-Iran münaqişəsində tərəf olmamaq.
2. Cənubi Azərbaycandakı soydaşlarımızın qorunması üçün bütün mümkün diplomatik və siyasi vasitələrdən istifadə etmək. O cümlədən də Cənubi Azərbaycan kontekstində Iranla bağlı ola biləcək bütün ssenarilərə hazır olmaq.
Ərəstun Oruclu, politoloq