Mask ABŞ prezidenti ola bilməz - Tramp

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp onun yerinə iş adamı İlon Maskın dövlət başçısı vəzifəsini icra edəcəyindən narahat deyil.

Sozcu.az xəbər verir ki, bu barədə Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında deyib.

“Trampın prezidentliyi İlon Maska verməsi ilə bağlı yeni söz-söhbət ortaya çıxıb. Xeyr, bu baş verməyəcək. O, prezident olmayacaq, mən təhlükəsizlikdəyəm. Bilirsinizmi niyə o, ABŞ prezidenti ola bilmir? O, bu ölkədə doğulmayıb”, - Tramp bildirib.

Qeyd edək ki, İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb.

ABŞ qanunvericiliyinə görə, ABŞ-da doğulmayan şəxs prezidentliyə namizəd ola bilməz.

Share on Facebook