Ankara bələdiyyə başqanı Mansur Yavaş yenidən gündəmə gəlib.
Sozcu.az “TRT Haber”ə istinadla xəbər verir ki, həyat yoldaşı Nurşen Yavaş ilə birlikdə Malatya Ticarət və Sənaye Palatasının (MTSO) üzvləri ilə görüşən M.Yavaşın balaca qızcığazla söhbəti sosial şəbəkələrin Türkiyə seqmentində viral olub.
Görüş əsnasında gənc qızla söhbət edən Ankara bələdiyyə başqanı uşağın onun əlini öpməsini istəməsinə etiraz edib. Həyat yoldaşının sözlərinə görə, buna səbəb bələdiyyə başqanında yaşlılıq sindromunun olmasıdır.
“Əlini öpdürməyi sevmir, belə olanda özünü yaşlı hiss edir”, - N.Yavaş söyləyib.