ABŞ Belarusa və onun lideri Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar bir sıra şirkət rəhbərinə, dövlət rəsmilərinə təsir edib.
ABŞ Belarus Mərkəzi Komitəsinə, Belarus Avtomobil Zavoduna və Minsk Avtomobil Zavoduna qarşı sanksiyalar tətbiq edib. Belarus hökumətinə aid olan və Aleksandr Lukaşenkonun prezident təyyarəsi kimi istifadə edilən "Boeing 737" təyyarəsi məhdudiyyətlərə məruz qalıb.