Lukaşenko hərbçilərə vətəndaşa qarşı silah işlətmək hüququ verdi

Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıb.

Sozcu.az xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edib.

Sənədin 11-ci maddəsinin yeni redaksiyasında bildirilir ki, hərbi qulluqçular öz tapşırıqlarını yerinə yetirərkən “vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və hüquq pozuntusunu törədənin şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək” hüququna malikdirlər.

Bütün bunlardan əvvəl silahdan istifadə etmək niyyəti barədə “aydın və aşkar” xəbərdarlıq edilməlidir. Gecikmə hərbi qulluqçuların və ya digər vətəndaşların həyatı üçün təhlükə yaratmasa və ya “digər ağır nəticələrə” səbəb ola bilməzsə, pozucudan qeyd olunan tələbləri yerinə yetirmək üçün kifayət qədər vaxt da tələb olunur.

“Vətəndaşın silahdan istifadə nəticəsində xəsarət alması və ya ölümü” barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilir. Eyni zamanda, hərbi qulluqçular “ümumi hərbi nizamnamələrin tələblərinə uyğun” hərəkət etdikdə vurulmuş “zərər”ə görə məsuliyyət daşımayacaqlar.

Share on Facebook