Lipavski: Kreml nağıllarına aldanmayın

Cümə – Kreml çarı guya sülh istədiyinə işarə edir. Şənbə - mülki şəxslərlə dolu hipermarketin bombalanması. Kreml nağıllarına aldanmayın.

Sozcu.az xəbər verir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yan Lipavski sosial şəbəkə hesabında yazıb.

“Praqada keçirilən NATO nazirlərinin görüşündə mən həmkarlarımdan rus imperializmini cilovlamaq üçün dəstəyi artırmağı xahiş edəcəm”, – o qeyd edib.

Xatırladaq ki, Rusiya Xarkovda bu gün hipermarketə zərbə endirib. Ukrayna lideri Zelenski deyib ki, hipermarketdə 200-dən çox adamın olduğu ehtimal edilir. Zərbə nəticəsində 10 min metrdən çox ərazisini əhatə edən yanğın başlayıb. Ölən və yaralananların olduğu bildirilir.

Share on Facebook