Türkiyənin Məmləkət Partiyasının sədri, prezidentliyə namizədlik iddiasını açıqlayan siyasətçi Muharrem İnce seçkilərlə bağlı yeni açıqlama verib.
Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, namizədliyini geri götürməsi ehtimalından danışıb.
"Hazırda vəziyyəti dəyərləndirirəm. Öz adıma yox, Türkiyə adına durum dəyərləndirməsi aparıram. Günü gələndə lazım olsa, çəkilməyi də bacararam. Namizədliyimi geri götürərəm. Kemal bəyi dəstəkləyərəm, onun nəfinə geri çəkilərəm", - deyə İnce bildirib.
Qeyd edək ki, Məmləkət Partiyası Kemal Kılıçdaroğlunun sədri olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) qopub. modern