Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının qaldırılması ilə bağlı insidentin yeni görüntüləri yayılıb.
Kadrlardan görünür ki, hadisə yerinə Rusiya sülhməramlı kontingentin komandiri, general-polkovnik Aleksandr Lentsov gəlib.
Videodan görünür ki, Azərbaycan hərbçisi ölkəmizin Dövlət Bayrağını dirəyə bərkidir.
Xatırladaq ki, erməni hərbçilər Azərbaycan sərhədçiləri ilə yanaşı Rusiya sülhməramlılarını da atəşə tutublar.