Moskvanın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma nəticəsində bir mühafizəçi ölüb, ikisi polis əməkdaşı olmaqla, üç nəfər yaralanıb.
Sozcu.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Təxminən 30 nəfərin polisə aparıldığı da qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, şirkətin təsisçisinin həyat yoldaşı Vladislav Bakalçuk şirkətin ofisinə qanunsuz daxil olmağa çalışıb. Atışma nəticəsində 3 nəfər yaralanıb, ofis işçiləri təxliyə edilib.
***
“Wildberries” ofisinə hücum nəticəsində yaralanan ikinci mühafizəçi də ölüb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.