Kremldən Arayikə qəti göstəriş: "atəşə atəşlə cavab, uzun, sərt müqavimətə hazır olmaq..."

O yaxın çevrəsinə deyib ki, "qarşımızda iki yol var: ya Qarabağı tərk etmək, ya da döyüşmək və lazım gələrsə, müstəqilliyimizi qorumaqla ölmək...”

"Ukraynada strateji məğlubiyyətə məhkum olan Kreml var-gücü ilə Qarabağdan yapışır və nə yolla  olursa-olsun, burada geniş miqyaslı qarşıdurma törədib, sonra bunu bəhanə edərək əlavə silahlı qüvvələr yeritməklə Azərbaycanda yerini bərkitməyə çalışır..."

32-ci ildir ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində Kremlin himayəsində bəslənən  separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanın Putin rejimi rəhbərliyindən qəti göstərişlər aldığı bəlli olub.

Moderator.az xəbər verir ki,  “Hraparak” nəşrinin  Qarabağdakı mənbələrindən əldə etdiyi məlumata görə, Arayik Arutyunyan bir neçə gün əvvəl bir sıra görüşlər keçirdiyi Moskvadan qayıdıb və artıq Xankəndindədir. 

Xəbərdə deyilir ki, baş separatçı öz yaxın çevrəsini toplayıb və istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçki"lərin olmayacağını bildirib. Arayikə Moskvadan qəti göstəriş verilib ki, "uzun və sərt müqavimətə hazır olmaq, atəşə atəşlə cavab vermək, təxribat cəhdlərinin qarşısını almaq və təxribatçıları məhv etmək, Artsaxın normal həyatını bərpa etmək, alternativ yolla yaşamağa başlamaq və təpədən-dırnağa silahlanmaqla  yaxınlaşan müharibəyə hazırlaşmaq lazımdır”... 

A.Arutyunyan deyib ki, "qarşımızda iki yol var: ya Qarabağı tərk etmək, ya da döyüşmək və lazım gələrsə, müstəqilliyimizi qorumaqla ölmək. Azərbaycanla inteqrasiya variantı isə istisnadır"...

Bu arada “Johovurd” qəzetinin yaydığı digər məlumata görə, 1988-ci ildən bəri Azərbaycana qarşı separatçı hərəkatda və hərbi əməliyyatlarda aparıcı fiqurlardan olmuş, Qarabağdakı terrorçu qüvvələrin keçmiş komandanı, xüsusən 2020-ci il savaşından sonra orada “arzuolunmaz” sayılan və Paşinyanın adamı hesab edilən Samvel Babayan yüksək ictimai-siyasi aktivlik göstərməyə başlayıb.  O, əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirir. Hətta məktəblərdən birində kollektiv onunla görüşmək istəmədiyindən insident yaşanıb... 

Erməni nəşri hesab edir ki, Babayan "seçkilər"ə hazırlaşır və bu yolla özünə elektorat toplamağa çalışır. Hətta  ayrı-ayrı yaşayış məntəqələrində onun qərargahı kimi fəaliyyət göstərən ofisləri üç aylıq icarəyə götürüb...

P.S.  Ukraynada strateji məğlubiyyətə məhkum olan Kreml var-gücü ilə Qarabağdan yapışır və nə yolla  olursa-olsun, burada geniş miqyaslı qarşıdurma törədib, sonra bunu bəhanə edib əlavə silahlı qüvvələr yeritməklə yerini bərkitməyə çalışır...

Share on Facebook