Kiyev Vaşinqtonla birlikdə iqtisadiyyatı bərpa etmək üçün Marşal Planının analoqunu hazırlamağa başlayıb.
Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Nazirin sözlərinə görə, ABŞ hökuməti və biznes nümayəndələri ilə görüşdə ABŞ-dan investisiyalar, respublika iqtisadiyyatının transformasiyası və hərbi risklərin sığortalanması məsələləri müzakirə olunub.
O vurğulayıb ki, Ukrayna iqtisadiyyatının bərpası üçün əsas ilk növbədə ABŞ-dan birbaşa xarici investisiyalar olacaq.