Kişi gözəllik salonunda işləmək istəyən 47 yaşlı sevgilisini öldürdü - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Atəş Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Atəş Ələkbərov 2000-ci ildən etibarən rəsmi nikah münasibətinə girmədən, lakin ər-arvad kimi birgə yaşadığı 1976-cı il təvəllüdlü Sevinc Məmmədova ilə idarə etdiyi “LADA-21214” markalı avtomobillə Goranboy rayonunun Baxçakürd kəndinin ərazisindən keçən torpaq yolla Samux şəhəri istiqamətində hərəkətdə olub. Bu zaman Sevinc Məmmədova gözəllik salonunda işləmək istəməsi, yaxud rəsmi nikah münasibətinə girib birlikdə Bakı şəhərinə köçüb orada yaşamaq istəməsi barədə tələblər irəli sürüb. Daha sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Atəş həmin gün evdən çıxarkən yolda alacaqları meyvəni soymaq məqsədilə Sevinc Məmmədovanın evinin mətbəxindən götürüb avtomobilin sürətlər qutusunun yanına qoyduğu mətbəx bıçağı ilə qadının döş qəfəsinin sol yarısının ön səthindən qəsdən bir bıçaq zərbəsi endirib. Sevinc Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Atəş Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.pravda.az

Share on Facebook