Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nın namizədi Kemal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb.
Sozcu.az xəbər verir ki, fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib.
İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər.
Bildirilir ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.