"Bavariya"nın yeni transferi Harri Keyn klub tarixinin rekorduna imza atıb.
Sozcu.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 30 yaşlı hücumçunun transferi açıqlanandan sonra 1 gün ərzində "Bavariya"nın mağazalarında onun 10000-dən çox forması satılıb.
Bu isə rekorddur. İndiyədək heç bir futbolçu "Bavariya"da belə nəticəyə çatmayıb.
Qeyd edək ki, Harri Münhen təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.