Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) ali idarəetmə orqanı olan Mərkəzi İdarə Heyətinin (MYK) yeni tərkibi məlum olub.
Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu seçkilərdə qələbə çalmağın mümkün olmamasından sonra MYK-nın keçmiş tərkibi istefaya getmişdi.
Qeyd olunub ki, partiya seçicilərin səsvermə ilə verdiyi mesajı analiz etdikdən sonra yeni siyasi xəttin hazırlanmasını təmin edəcək.