Kəlbəcərdə şaxta nəfəsi kəsir: Şəlalələr dondu - Fotolar

Qış fəsli ölkəmizdə sərt üzünü göstərməyə başlayıb. Təbiətin soyuq nəfəsini ən çox hiss edən bölgə isə Kəlbəcər rayonudur. 

Sozcu.az xəbər verir ki, son günlər Kəlbəcərdə havanın temperaturu kəskin enib, qar yağıb, şaxta güclənib. Soyuq hava şəraiti ilə əlaqədar olaraq çaylar donub, şəlalələr buz bağlayıb. 

Kəlbəcərdən çəkilən şəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Kəlbəcərin soyuq qışının nişanəsi olan həmin fotoları təqdim edirik: 

b6e9e9bb0fd850dc3c3e148c9a39b3d4.jpg

996400d3fbe8e4cbf7f2cb4c2d68fb85.jpg

Share on Facebook