Kanadanın baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın rüsum tətbiqinə cavab olaraq ölkəsinin 155 milyard dollarlıq ABŞ mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Sozcu.az-ın məlumatına görə, hökumət başçısı bildirib ki, tarif paketinə 4 fevraldan etibarən 30 milyard dollarlıq mallara dərhal, 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar daxildir. Baş nazir xalqı marketlərdən ABŞ məhsulları yerinə Kanada məhsulları almağa çağırıb.
Eyni zamanda Meksika Prezidenti Klaudia Şeynbaum Trampın 25 faizlik rüsum qərarına cavab olaraq hökumətə Meksikanın maraqlarını müdafiə etmək üçün rüsum və qeyri-rüsum tədbirlərini özündə birləşdirən “B Planı”nı həyata keçirməyi tapşırdığını deyib. Rüsumlarla bağlı digər detallar açıqlanmayıb.