Türkiyədə yerli saatla 04:41-də zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, episentri Kahramanmaraşın Göksun rayonu olan yeraltı təkan 4,1 böyüklüyündə qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.