ISW: "Putin Rusiyanın informasiya məkanı üzərində nəzarəti itirib"

"Kreml Sovet İnformasiya Bürosu analoqunun yaradılmasında Stalin yanaşmasını təkrarlaya bilməz..."

Kremldə Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının əsas üzvləri arasında mübarizə gedir.

Putin ölkədə informasiya məkanı üzərində nəzarəti itirib və hazırda diktatorun ətrafında daxili qarşıdurma baş verir.

Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.

Məlumatda deyilir ki, martın 11-də Rusiya xarici işlər nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova təsdiq edib ki, Kreml daxilində mübarizə gedir və Kreml Rusiyada informasiya məkanına, hələlik, nəzarəti itirib. 

Zaxarova həm də bəyan edib ki, ehtimal ki, prezident Putin buna təsir edə bilmir.

Zaxarova qeyd edib ki, Kreml Rusiyanın daxili informasiya məkanına mərkəzləşdirilmiş nəzarət üçün Sovet İnformasiya Bürosu analoqunun yaradılmasında Kreml "elitaları" arasında mübarizə səbəbindən Stalin yanaşmasını təkrarlaya bilməz.

Ekspertlər iddia edir ki, Zaxarovanın bəyanatı onların institutunun bir neçə dəyərləndirməsini təsdiq edir.

Bundan başqa, "Vaqner qrupu"nun başçısı Yevgeni Priqojin bəyan edib ki, Baxmut uğrunda döyüşdən sonra o, "Vaqner qrupu"nu sərt ideoloji hərbi təşkilata çevirəcək və savaşa yeni cəlbetmə dalğasına başlayacaq.

ISW xatırladır ki, "Vaqner qrupu" bu yaxınlarda bütün Rusiya boyunca rekrutinq (cəlbetmə-red.), o cümlədən gənclərin cəlbetməsinə yönələn mərkəzləri genişləndirib.

Share on Facebook