İsveçin Şimali Atlantika Alyansına cəlb edilməsi Ukraynadakı xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfirliyinin “İsveçin uçuruma doğru addımı” başlığı altında dərc olunan məqaləsində bildirilib.
"Hamıya məlumdur ki, ölkə NATO-ya cəlb olunmağa Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatından xeyli əvvəl başlayıb. Formal səbəb ortaya çıxanda ölkəmizə qarşı qorxu yarandı. Nəticə Vaşinqtonun əmri gəldi: "Müstəqil olmaqdan əl çək, bizim üçün Şimali Avropa NATO-nun Rusiyaya qarşı yeni cəbhəsi olmalıdır", - məqalədə qeyd olunub.