Bakıda və Abşeron yarımadasında sentyabrın 1-2-3-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Bildirilib ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 2-3-4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin sentyabrın 3-ü gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.