İsrail ordusu ölkənin cənub bölgəsində, Qəzza ilə sərhəddə yaşayış məntəqələrinin böyük hissəsinə nəzarəti bərpa edib.
Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda deyilir.
Bildirilib ki, kənd və qəsəbələr HƏMAS silahlılarından təmizlənib.
Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.