İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub.

Sozcu.az xəbər verir ki, məlumatı İsrailin hərbi mənbələri yayıb.

Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.

Həmçinin, HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.

Share on Facebook