İrəvandan delimitasiya açıqlaması: Yalnız bu halda...

Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyadan sonra öz suveren ərazisi haqqında məlumat əldə edəcək.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr sertifikatının olmaması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib.

“Baş nazir bəyanatında sərhədlərin delimitasiya edilməməsini nəzərdə tuturdu. Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağını söyləmək mümkün olacaq”, - Tovmasyan bildirib.

Share on Facebook