İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - 34 yaralı var

Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında yaşanan toqquşma zamanı 34 nəfər yaralanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananlardan 16-sının polis, qalanlarının mülki şəxs olduğu bildirilir. Yaralılardan biri deputatdır.

Polis bir çox aksiya iştirakçısını həbs edib.

Share on Facebook