İrəvanda Azərbaycana qarşı TƏXRİBAT

İrəvanda erməni işğalına dair “Artsaxın çağırışı” adlı abidəsinin açılışı olub.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat və görüntü yayıb.

Qondarma “memorial”ın açılış mərasimində Qarabağdan qaçmış Samvel Şahramanyan, erməni müxalifətinin nümayəndələri və bir sıra ictimai xadimlər iştirak ediblər.

"Abidə"nin yanında Qarabağdan qaçan separatçıların və Ermənistanın bayraqları da asılıb. Açılışda çıxış edən revanşistlər Azərbaycana qarşı ərazi iddialarını bir daha səsləndirib, ermənilrəin Qarabağa qayıtmasının vacibliyini vurğulayıblar.

Maraqlıdır ki, Azərbaycanla sülh sazişnini paraflayan Ermənistan hakimiyyəti Qarabağ müharibəsini başladan separatçıların xatirəsinə ucaldılıan abidənin inşası və açılışına mane olmayıb. 

Bu hadisə rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı üzərinə düşən öhdəlikləri nə cür yerinə yetirdiyini nümayiş etdirir.

Share on Facebook