İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olublar.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Tvitter səhifəsində yazıb.
O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Əhməd Qaya və Xəlil Şahin şəhid olublar.
Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.