İranın məşhur din alimi məcburi hicabla bağlı fətva verərək hicabsız qadınları təhqir etməyin, onlarla qarşıdurmanıın şəriət baxımından haram olduğunu bəyan edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Bildirilir ki, Ayətullah Seyid Əsğər Nazimzadə Qumi hökumətin hicabsız qadınlara qarşı ikili davranışını tənqid edib:
“Bizim məmurlar bir tərəfdən hicabsızlığı və yarımçıq hicabı anomaliya hesab edir və bununla mübarizə aparırlar, digər tərəfdən isə İslam Respublikası ilə bağlı nümayişlərdə və ya tədbirlərdə iştirak edən yarımçıq hicablıları təşviq edirlər.
Bu ayrı-seçkilik hicab taxmamağa qarşı mübarizəni formal, məqsədyönlü və siyasi mübarizə kimi göstərir”.