İranın İsrailin mərkəzindəki dörd obyektinə gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 87 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sozcu.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti "Magen David Adom" ("Davudun Qırmızı Ulduzu") məlumat yayıb.