İranın Baş Qərargah rəisinin iki müavini öldürüldü

İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani, İran Baş Qərargahının kəşfiyyat rəhbəri general Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.

Qeyd edək ki, Baş Qərargah rəisi və SEPAH komandanı ötən gün öldürülmüşdü.

Share on Facebook