İranda polis bölməsinə hücum edildi: ölən var

Yanvarın 9-dan 10-a keçən gecə Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin yaxınlığında yerləşən Bideld polis bölməsinə silahlı hücum edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, avtomat silahlar və minaatandan edilən hücum nəticəsində Əmirhüseyn Hüseynabadi adlı polis öldürülüb.

Hücumun kimlər tərəfindən edildiyi və təfərrüat barədə məlumat verilməyib.

Share on Facebook