İranda azərbaycanlı körpəyə adının türk olduğuna görə sənəd verilmir

İran Qeydiyyat İdarəsi azərbaycanlı Almilaya adının türkcə olduğuna görə kimlik vəsiqəsi verməkdən imtina edir.

Güney Azərbaycanın Makı şəhərindən olan Almila 5 aylıq olmasına baxmayaraq doğum şəhadətnamə ala bilmir.

Almilanın valideynlərinin dediyinə görə, İranın Qeydiyyat İdarəsi türkcə "Qızıl alma" anlamında olan türkcə adın yabançı olduğunu bəhanə edərək sənəd verməkdən boyun qaçırır.

Körpənin doğum şəhadətnaməsi olmadığı üçün o tibbi xidmətlərdən istifadə edə , peyvənd oluna bilmir.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

 İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Share on Facebook