İran sərhədində silahlı qarşıdurma: 1 sərhədçi öldü

Ötən gün İran-İraq sərhədində silahlı qarşıdurma olub. Sarıdaş (Sərdəşt) bölgəsində yerləşən “Ağlan” sərhəd-keçid məntəqəsində SEPAH qüvvələri ilə PJAK (PKK-nın İran qanadı) arasında silahlı toqquşma baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə İran Hüquq-Müdafiə Təşkilatı yayıb.

Atışma nəticəsində Miandoab (Qoşaçay) Polis Şöbəsinin zabiti Meysəm Kəbiri həlak olub, daha iki sərhədçi isə yaralanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Banə sərhəd bölgəsində də iki silahlı qarşıdurma qeydə alınıb. Nəticədə 3 polis əməkdaşı həyatını itirib , 2 nəfər isə yaralanıb.

Share on Facebook