“İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır”.
Sozcu.az xəbər verri ki, bunu erməni iranşünas Vardan Voskanyan jurnalistlərə deyib. O bildirib ki, iranlılar çox vaxt anlaşılan görünən məntiqə uyğun hərəkət etmirlər.
“Bu mənada bizim regionda birlik dövləti var. Ermənistan və İranın maraqlarının böyük ölçüdə üst-üstə düşdüyü göz qabağındadır.
Söhbət həm Ermənistanın, həm də iranlıların açıq şəkildə danışmadığı Qarabağın təhlükəsizliyindən gedir.
İranlı ekspertlərlə təmaslara əsaslanaraq əminliklə deyə bilərəm ki, İran tərəfi məncə, buna hazırdır. İran Qarabağ probleminin ermənilərin xeyrinə həllini dəstəkləyir.
Ona görə də hesab edirəm ki, bu münasibətlərdə İranın müsbət irəliləyişindən istifadə etməmək düzgün olmaz”, – deyə Voskanyan sərsəmləyib.