Tezliklə İran ABŞ-a cavab olaraq bu ölkənin Yaxın Şərqdəki hərbi kontingentinə hücum həyata keçirə bilər.
Sozcu.az xəbər verir ki, bu barədə “Röyters”ə adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib.
Vurğulanıb ki, İranın hücumları bir-iki gün ərzində ola bilər.
Qeyd edək ki, dünən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançılar İranın Fordo da daxil olmaqla 3 nüvə obyektinə zərbələr endirmişdi.