İran Azərbaycan meydanından milli elementi yığışdırdı

Novruz bayramı öncəsi Təbrizin Azərbaycan meydanında quraşdırılan ay və səkkiz guşəli ulduz elementi paniranist və radikal dinçi kəsimin təzyiqlərindən sonra yığışdırılıb.

Sozcu.az xəbər verir ki, elementin güneylilər tərəfindən rəğbətlə qarşılanması, foto çəkdirmək üçün vətəndaşların Azərbaycan meydanına axınından sonra hökumət onun sökülməsinə qərar verib.

Qeyd edək ki, bu elementin quraşdırılmasından sonra panfarsist dairələrə bağlı media orqanları materiallar dərc etmiş və "Təbrizin ortasında separatçı izləri" başlıqlı yazılar yazmışdılar.

Share on Facebook