İran 18 min əfqanı deport etdi

İran hakimiyyəti 18 minə qədər qaçqını Əfqanıstana deportasiya edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Son 10 gün ərzində İranın müxtəlif bölgələrində sərhədçilər və polis əməkdaşları tərəfindən müəyyən edilən 17 926 əfqan deportasiya edilib. Qaçqınları Doğarun keçid məntəqəsi ilə çıxarıblar”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən gün İranın Sistan və Bəlucistan əyalətinin Minab bölgəsində onlarla Əfqanıstan vətəndaşı həbs edilmişdi.

Share on Facebook