"İnter Mayami" Messinin transferinə qarşı çıxan futbolçusunu qovdu

"İnter Mayami" qapıçısı Nik Marsmanla müqaviləyə xitam verdiyini açıqlayıb. 

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin saytı məlumat yayıb. Klub bu qərarının səbəblərini açıqlamayıb. Ancaq qolkiperin bir neçə həftə əvvəl  Lionel Messinin transferinə açıq şəkildə qarşı çıxdığı üçün bu qərar verildiyi güman edilir.

Messinin transferi öncəsi Marsman deyib: “Şəxsən mən klubun Messinin transferinə hazır olduğunu düşünmürəm. Müvəqqəti stadionumuz var, insanlar qazonda gəzə bilər, darvazalar yoxdur. Stadionu mühafizəsiz tərk edirik. Düşünürəm ki, infrastrukturumuz Messinin gəlişinə hazır deyil”.

Xatırladaq ki,  Lionel Messi "İnter Mayami"nin heyətində 4 oyunda 7 qol vurub və 1 qolun ötürməsini verib.

Share on Facebook