Ali Məhkəməyə yeni hakim təyin edilib.
Sozcu.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.