İllərlə eyni rayona rəhbərlik edən icra başçıları - SİYAHI

Son günlər Azərbaycanda icra hakimiyyətlərinin ləğvi prosesi akuallaşıb. Müzakirələrə səbəb icra hakimiyyətlərinin sovetdən qalma bir qurum olması və qeyri-şəffaf fəaliyyət göstərməsidir. Xatırladaq ki, Prezident işğaldan azad olunmuş ərazilərə öz nümayəndəsini təyin edir. Bu halda isə icra hakimiyyətləri, icra başçıları öz səlahiyyətlərini itirmiş kimi olurlar. Nəzərə alsaq ki, icra hakimiyyətlərinin mövcudluğu saxlanılır, eləcə də illərdi eyni rayona başçılıq edən icra başçıları var.

Faktmedia.az uzun müddət eyni rayonda vəzifə tutan icra başçılarını araşdırıb:

Taleh Qaraşov – Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 11 ildir ki, Lənkərana başçılıq edir. Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başlayıb. Həmçinin adında mülklər, bahalı maşınların olması haqqında mətbuatda yazılar dərc olunur.

Qəzənfər Ağayev – Dövlət başçısının 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Hələ ki, sakitcə öz otağına çəkilən bu icra başçısı haqqında ciddi “söhbətlər” dərc olunmayıb. 11 il müddətində rayona rəhbərlik edir.

Süleyman Mikayılov - Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Adı qalmaqallardan ayazımayan icra başçılarından biridir. 13 ildir ki, Qaradağın icra başçısıdır. Mətbuatın yazdığına görə, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. 

Zakir Fərəcov - Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ildən artıqdır ki, Azərbaycanın ikinci ən böyük şəhərində başçıdır. Zakir Fərəcov işlədiyi illərdə adı qalmaqalsız ötüşməyib. Zaman-zaman haqqında mətbuatda faktlar dərc olunur.

Ayaz Əskərov - Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rayonda heç bir failiyyət göstərməməsi, vətəndaşları qəbul etməməsi, problemlərini dinləməməsi ilə bağlı məlumatlar yer alır. 7 ildən artıqdır ki, kiçik bir rayona rəhbərlik edir.

Sevindik Hətəmov - 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 7 ildir Salyanda icra başçısı vəzifəsini tutur. Yardımlı rayonuna başçılıq edən zaman onun müavini Mahir Mirzəyevlə yola getməməsi haqqında danışılırdı. Bildirilirdi ki, “oliqarxlıq” edən müavini Mahir Mirzəyev bütün səlahiyyətləri özü icra edirmiş. 

Ziyəddin Əliyev -  Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O da 6 ildir ki, Qubaya başçılıq edir.

Share on Facebook