İlkay "Barselona" ilə razılığa gəldi

"Barselona" "Mançester Siti"ninyarımmüdafiəçisi İlkay Gündoğanla yayda azad agent kimi müqavilə imzalamaq barədə razılığa gəlib.

Sozcu.az xəbər verir ki, bu barədə insayder Jerar Romero məlumat verib. Mançester təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatacaq türkəsilli alman yarımmüdafiəçi bir müddətdir ki, Kataloniya təmsilçisinin diqqət mərkəzindədir.

Lakin “Barselona”nın maliyyə feyr-pleyində problem yaşadığını nəzərə alsaq, klub Gündoğana transferinin qeydə alınacağına zəmanət verə bilməz. Kataloniya klubu İlkayla müqaviləyə "Barsa"nın onu qeydiyyatdan keçirməyəcəyi təqdirdə icarəyə verə biləcəyi barədə bənd daxil etməyi təklif edir.

Share on Facebook