Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan 5 oktyabrda Qranada şəhərində mümkün görüşdə hər hansı sənədin imzalanmayacağını bildirmişdi.