Hazırda Tehran şəhərinin Evin həbsxanasında saxlanılan ictimai və sinfi fəal Fərəhnaz Nikxunun işinə yenidən baxılıb.
Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.
Məlumatda bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi xanım fəal barəsində 10 il həbs qərarı çıxarıb.
Fərəhnaz Nikxu "casusluq edərək ölkənin milli təhlükəsizliyinə zərbə vurçaq"da günahlandırılıb.
Bundan əvvəl İran Rabitə İdarəsinin əməkdaşı olan 50 yaşlı xanım fəal, 3 dekabr 2022-ci ildə ölkəni tərk istədiyi vaxt həbs edilib.
O, uzun müddət İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında dindirildikdən sonra 30 aprel 2023-cü ildə Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb.
Fərəhnaz Nikxu ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, onun təhlükəsizlik məmurları ilə əməkdaşlıq etmədiyinə görə cəzalandırıldığını bildirib.