ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Hörmüz boğazında əsl xaos yaranıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, 50-yə yaxın tanker İranın blokadası təhlükəsindən təcili olaraq boğazdan çıxmağa çalışır.
Qeyd edək ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.