“Bu gün Azərbaycanın sərhəd bölgələrində Ermənistanın işğalçı bölmələri və onları dəstəkləyən Avropa İttifaqı və digər himayədarları tərəfindən Azərbaycanın suveren hüquqları pozulur”.
Sozcu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan hər bir təxribatın qarşısını alır: “Orada mübarizə aparan əsgərlərimizin problemlərini, təhlükəsizliyini burada da düşünməli və həll etməliyik. Hərbçilərimiz pensiya hüququnun artılması məsələsini gündəmə gətirirlər. Onların belə problemləri olmamalıdır, kiçik problem olsa belə həll etməliyik.
Prezident maaşları artırır, gündən-günə irəliləyiş üçün addımlar atılır. Amma hələ də hərbçilərimizin problemləri həll olunmur. Müvafiq qurumlar bununla bağlı addımlar atmalıdır”.