HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Rəcəb Təyyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edib.
Sozcu.az xəbər verir ki, Fələstin rəsmiləri HƏMAS liderlərinin çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə getdiyini bildiriblər.
Məlumatlı mənbələrin sözlərinə görə, görüş İsmayıl Haniyənin İrana son səfəri ilə bağlıdır və o, Qəzzada müharibənin siyasi və təhlükəsizlik nəticələrini müzakirə edib.
Haniyə Ərdoğanla sonuncu dəfə iki həftə öncə danışıb və o vaxtdan İranın yüksək səviyyəli rəsmiləri ilə görüşləri davam etdirib.