Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

ABŞ-da həkim səhvi nəticəsində bir kişinin qolları və ayaqları amputasiya edilib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Çad Qerlo böyrək daşlarını çıxarmaq üçün əməliyyat olunub və qolu və ayaqları olmadan xəstəxanadan buraxılıb.

Əməliyyatın uğurlu keçdiyi iddia edilir, lakin sonradan məlum olub ki, kişi infeksiyaya yoluxub – xəstənin təzyiqi qalxıb, orqanları sıradan çıxmağa başlayıb.

Qerloya təyin olunan güclü antibiotiklərdən onun həm qolları, həm də ayaqları qaralıb. Nəticədə o, amputasiya olunub. Xəstə xidmətin düzgün göstərilməməsinə görə tibb müəssisəsini məhkəməyə verib.

Share on Facebook