“Ən uğurlu” abortların da ciddi fəsadları olur.
Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib.
“Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”, - deyə həkim bildirib.
Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib.