Hakerlər ABŞ-ın Çindəki səfirinin elektron poçtunu sındırıb, yüz minlərlə məxfi yazışma ələ keçirilib

Hakerlər ABŞ-ın Çindəki səfiri Nikolas Berns və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrinkin elektron poçtlarını sındıraraq, yüz minlərlə hökumət yazışması giriş əldə ediblər.

Sozcu.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, hakerlər Çin hakimiyyəti ilə əlaqədədirlər.

Hakerlər hər iki diplomatın poçt qutularına girişlə ABŞ Prezidenti Cozef Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinin Çinə son səfərləri barədə məlumat əldə ediblər.

Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə ekspertləri və “Microsoft”un qiymətləndirmələrinə görə, kiberhücumlar may ayında başlayıb, lakin ilk dəfə ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfəri ərəfəsində, iyunun ortalarında aşkar edilib.

Share on Facebook